satellite   Azerspace-1: 11135 H 30000

Aİ ölkələrində əhalinin sayı təqribən 12 faiz azalacaq

Aİ ölkələrində əhalinin sayı təqribən 12 faiz azalacaq

Avropa İttifaqı ölkələrində əhalinin ümumi sayının 2100-cü ilə qədər 11,7% azalacağı proqnozlaşdırılır. Bu barədə “Eurostat” cümə axşamı açıqladığı yeni hesablamalara görə məlumat verib.

NTV xarici mediaya istinadla xəbər verir ki, Aİ-nin statistika idarəsi cari demoqrafik məlumatlara əsaslanan əhali proqnozlarını dərc edərək, əsrin sonuna qədər İttifaq ölkələri əhalisinin təxminən 53 milyon nəfər azalaraq 398,8 milyona çatacağını proqnozlaşdırıb.

Proqnozlar göstərir ki, 2025-ci ildə 451,8 milyon olaraq qiymətləndirilən Aİ əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağı və 2100-cü ilə qədər uzunmüddətli azalma nümayiş etdirəcəyi gözlənilir.

“Eurostat”, həmçinin uşaqların, gənclərin və əməkqabiliyyətli insanların əhalinin ümumi sayındakı payının 2025-2100-cü illər arasında azalacağını proqnozlaşdırır. Belə ki, 0-19 yaş arası insanların payının 20 faizdən 17 faizə, 20-64 yaş arası insanların isə 58 faizdən 50 faizə düşəcəyi təxmin edilir. Bunun əksinə olaraq, yaşlı insanların payının eyni dövrdə artacağı gözlənilir. Proqnoza görə, 65-79 yaş arası insanların payının 2025-ci ildəki 16 faizdən 2100-cü ildə 17 faizə, 80 və daha yuxarı yaşda olan insanların payının isə 6 faizdən 16 faizə qalxacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM