Amerika Birləşmiş Ştatlarının (ABŞ) birgə qüvvələri hazır vəziyyətdədir və anında əsas döyüş əməliyyatlarını bərpa edə bilər.
NTV xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuat konfransında deyib.
O bildirib ki, blokada İran limanlarına və ya İrandan gələn bütün gəmilərə şamil edilir: “ABŞ-nin hərəkəti Hörmüz boğazının blokadası deyil, İran limanlarının və sahil xəttinin blokadasıdır. Blokada İranın ərazi dənizləri daxilində və beynəlxalq sularda həyata keçiriləcək”.
Den Keyn vurğulayıb ki, Amerika hərbi gəmiləri yerüstü-hava raketləri, quru hücumu üçün raketlər, gəmi əleyhinə raketlər, sualtı qayıq əleyhinə raketlər, torpedalar, dəniz topları, çoxsaylı elektron müharibə sistemləri ilə silahlanıb.
"Lakin uzaqda olsa da, bu gəmilərdəki ən vacib silah Amerika dənizçisidir”,- deyə o vurğulayıb.
