satellite   Azerspace-1: 11135 H 30000

Antalya Diplomatiya Forumuna 500-dən çox yüksəksəviyyəli rəsmi qatılacaq

Antalya Diplomatiya Forumuna 500-dən çox yüksəksəviyyəli rəsmi qatılacaq

Türkiyədə dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan 5-ci Antalya Diplomatiya Forumunda (ADF) 150-dən çox ölkədən 500-dən çox yüksəksəviyyəli rəsmi şəxsin qatılacağı gözlənilir.

Bu barədə NTV-yə ölkənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd edilib ki, ADF-2026-da 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39 xarici işlər naziri də daxil olmaqla 50-dən çox nazir, 79 beynəlxalq təşkilat nümayəndəsi iştirak edəcək.

Dövlət başçılarının təxminən yarısı Avropa və Afrikada ölkələrini təmsil edir. Xarici işlər nazirləri səviyyəsində iştirakçıların 36%-i Avropadan, 30%-i Asiyadan və 28%-i Afrikadandır.

Forumda akademiklər və tələbələr də daxil olmaqla təxminən 5000 nəfərin iştirakı gözlənilir. Tədbiri işıqlandıran milli və beynəlxalq media nümayəndələrinin sayı 1100 nəfərdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə baş tutacaq ADF aprelin 17-18-də "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" mövzusunda təşkil edilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM