satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklamağa hazırdır

Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklamağa hazırdır

Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin bloklamağa hazırdır.

NTV  Çexiyanın "České noviny" nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib.

Onun sözlərinə görə, Bratislava "Drujba" neft kəmərinin fəaliyyətinin bərpasına dair zəmanət alana qədər bloklama qüvvədə qalacaq.

O, həmçinin qeyd edib ki, Slovakiya Ukraynaya indiyədək Macarıstan tərəfindən bloklanan 90 milyard avro məbləğində Aİ kreditinin ayrılmasına etiraz etməyəcək. Öz növbəsində, parlament seçkilərində qələbə qazanan Macarıstanın baş naziri postunu tutacaq "Tisa" partiyasının sədri Peter Madyar bu kreditin verilməsinin blokdan çıxarılmasına hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Rusiya neftinin "Drujba" neft kəməri ilə Macarıstan və Slovakiyaya tranziti yanvarın 27-də dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM