Dağıstanda baş verən torpaq sürüşmələri və daşqınlar dörd təhsil müəssisəsini tam sıradan çıxarıb, təxminən daha 100 obyektə ziyan dəyib.
NTV “İnterfaks”a istinadla xəbər verir ki, ziyanın qiymətləndirilməsi davam edir.
Dağıstanda martın 28-də və aprelin 4-5-də baş verən güclü yağışlar böyük daşqınlara səbəb olub. Daha sonra regionda federal səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Son məlumata görə, respublikada 9 825 ev su altında qalıb, 7 126 mənzil isə zərərçəkmiş hesab olunub. Daşqın nəticəsində altı nəfər ölüb, 6,2 mindən çox insan zərər çəkib.
Suyun səviyyəsini qalxması nəticəsində Dağıstanın Dərbənd rayonunda federal əhəmiyyətli yolun bir hissəsini su basıb. Gejuxa su anbarında bəndin uçması səbəbindən Dərbənd rayonunun dörd mikrorayonundan 4 mindən çox insan təxliyə edilib.
