satellite   Azerspace-1: 11135 H 30000

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində - FOTOLAR

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində<font color=red> - FOTOLAR</font> “ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində<font color=red> - FOTOLAR</font> “ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində<font color=red> - FOTOLAR</font> “ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Nyu-Yorkda “Dövlət qurumlarının transformasiyası: innovasiya, hesabatlılıq, iştirak və inklüzivliyin təşviqi” mövzusunda keçirilən tədbirdə çıxış edib.

Dövlət Agentliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, qurumun nümayəndəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərində tətbiq olunan innovativ həllər və ölkəmizin müvafiq təcrübəsinin ixracı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Tədbirdə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və dövlət qurumlarının rəsmiləri, beynəlxalq ekspertlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Həmçinin BMT-nin Dövlət İdarəçiliyi Şəbəkəsinin 25 illiyinə həsr olunmuş xüsusi tədbirdə 2024-cü il noyabrın 11-də BMT ilə Azərbaycan Hökuməti arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilmiş fəaliyyətlər və planlaşdırılan layihələr diqqətə çatdırılıb.

Səfər zamanı BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının bölmə rəhbəri, eləcə də İordaniyanın və Mərakeşin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşlər də keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM