satellite   Azerspace-1: 11135 H 30000

İran-ABŞ danışıqlarında əsas fikir ayrılıqları məlum olub

İran-ABŞ danışıqlarında əsas fikir ayrılıqları məlum olub

İran və ABŞ uranın zənginləşdirilməsinə qoyulan moratoriumun müddəti və artıq istehsal olunmuş zənginləşdirilmiş materialın taleyi barədə razılığa gələ bilmirlər.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə davam edən danışıqlardan xəbərdar olan mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Vaşinqtonun 14 maddəlik planına görə, Tehran uranın zənginləşdirilməsini 20 illik dayandırmalıdır. Lakin İran yalnız 5 illik moratoriuma razıdır. Digər maneə ABŞ Prezidenti Donald Trampın İranın qismən zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü tərəfə ötürməsi tələbidir ki, Tehran bu tələbi də rədd edir.

Bundan əlavə, nəşrin həmsöhbətləri bildiriblər ki, Tramp administrasiyası münaqişəyə son qoymaq üçün daha böyük güzəştlərə getməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM