satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda qaz borusunun partlaması nəticəsində 8 nəfər həlak olub

Pakistanda qaz borusunun partlaması nəticəsində 8 nəfər həlak olub

Pakistanın Xayber Paxtunxva əyalətinin Haripur şəhərində qaz borusunun partlaması və ardınca baş verən yanğın nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.

NTV  Anadolu agentliyinə istinadla xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, partlayış axşam saatlarında Xattar sənaye bölgəsindəki zavodun yaxınlığındakı qaz xəttində baş verib.

Yanğın nəticəsində uşaqlar da daxil olmaqla səkkiz nəfər həlak olub, 11 nəfər yaralanıb.

Yanğının səbəbi hələlik müəyyən edilməyib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hakimiyyət orqanlarının məlumatına görə, yanğın hadisə yerindən təxminən 200 metr məsafədə yerləşən yaşayış binalarına da yayılıb. Qaz təchizatının kəsilməsinə baxmayaraq, yanğın azı iki saat davam edib, alovların söndürülməsi çətinləşib.

Hazırda yanğın söndürülüb və insidentin səbəbi ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM