satellite   Azerspace-1: 11135 H 30000

Fransa nümayəndəsi: Müharibəyə qoşulmayacağıq

Fransa nümayəndəsi: Müharibəyə qoşulmayacağıq

Fransanın mövqeyi dəyişməzdir: Müharibəyə qoşulmağı rədd edir və gərginliyin azaldılması üçün çalışır.

NTV xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö həftəlik mətbuat konfransında bildirib.

O deyib ki, rəsmi Paris diplomatik və əməliyyat səviyyəsində dəniz nəqliyyatının təmin olunması, münaqişə zonalarında gərginliyin azaldılması istiqamətində səylərini davam etdirir.

Qeyd edək ki, Fransa tərəfləri Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etməyə çağırır və martın əvvəlindən çoxölkəli missiyanın hazırlanması üzərində işləyir. Bu çərçivədə Fransa bir neçə ölkənin baş qərargah rəislərini mümkün beynəlxalq missiyanın planlaşdırılmasına cəlb edib. Paris regionda davam edən gərginliklər və strateji dəniz yollarının təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda çoxtərəfli əməkdaşlığa və hərbi eskalasiyanın qarşısının alınmasına əsaslanan yanaşmanı dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM