satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin köməkçisi: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malik ölkədir

Prezidentin köməkçisi: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malik ölkədir

Bir neçə il əvvəl region sərhədlər, təmas xətləri və müharibələrlə bölünmüşdü. Bu gün isə Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Biz bu istiqamətdə həm siyasi iradə, həm də diplomatik cəsarət nümayiş etdirmişik. Bu, sadə səslənsə də, əslində çox dərin məna daşıyır. Çünki Qafqaz tarixən sülhü tam mənada yaşamayıb və biz onu indi formalaşdırırıq. Keçmişi inkar edə bilmərik, bu, qeyri-real olardı. Çətin bir tariximiz olub. Lakin biz onu geridə qoyaraq gələcəyə doğru irəliləyirik.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.

O bildirib ki, Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir: “Bir tərəfdən, biz Cənubi Qafqazın bir hissəsiyik, digər tərəfdən, Mərkəzi Asiya ilə etnik, tarixi və mədəni bağlılıqlarımız var və biz bu məkanın da bir parçasıyıq. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal iştirak edirik ki, bu da yeni geosiyasi əməkdaşlıq platforması kimi formalaşır. Bundan əlavə, Yaxın Şərq regionu ilə coğrafi yaxınlığımız bizə bu istiqamətdə də əməkdaşlıq imkanları yaradır. Azərbaycan–Türkiyə–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM