satellite   Azerspace-1: 11135 H 30000

Orenburq vilayətində polisə atəş açan şəxs həbs edilib

Orenburq vilayətində polisə atəş açan şəxs həbs edilib

Rusiyanın Orenburq vilayətində polis əməkdaşlarına atəş açan sıravi hərbçi Sergey Basalayev məhkəmənin qərarı ilə həbs edilib.

 

NTV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qurumun məlumatına görə, səfərbərlik dövründə hərbi hissəni özbaşına tərk etmə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına qəsd, qətl və qətlə cəhddə ittiham olunan Basalayevlə bağlı cinayət işi hərbi istintaq orqanları tərəfindən araşdırılır.

 

“Hərbi müstəntiqin təqdimatı əsasında məhkəmə tərəfindən Basalayev barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə komitədən bildirilib.

 

Hadisə Novotroitsk yaxınlığında yerləşən Akkermanovka qəsəbəsində baş verib. Belə ki, federal axtarışda olan şəxsi saxlamağa çalışan hüquq-mühafizə orqanlarının əməkdaşlarına şübhəli şəxs atəş açıb. Atışma nəticəsində bir polis əməkdaşı həlak olub, daha üç nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Rusiya mediasının məlumatına görə, hücum edən şəxs əvvəllər xidməti yerini özbaşına tərk etmiş 52 yaşlı Sergey Basalayevdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM