satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin ilk rübündə Aİ ölkələrindən 698 Gürcüstan vətəndaşı deportasiya edilib

Bu ilin ilk rübündə Aİ ölkələrindən 698 Gürcüstan vətəndaşı deportasiya edilib

2026-cı ilin yanvar–mart aylarında Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstan vətəndaşlarının deportasiyası ilə bağlı 698 qərar qəbul edib.

NTV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Statistikaya əsasən, deportasiya edilənlərdən 424-ü kişi, 104-ü qadın, 164-ü isə yetkinlik yaşına çatmayan şəxslərdir.

Ən çox deportasiya qərarı verən ölkə Almaniya (379 nəfər) olub. Sonrakı yerlərdə Fransa (105 nəfər), İtaliya (41 nəfər), Polşa (30 nəfər) və İsveçrə (22 nəfər) qərarlaşıb.

Məlumatda qeyd olunub ki, Gürcüstan tərəfi altı nəfərin readmissiya müqaviləsi çərçivəsində ölkəyə qəbulundan imtina edib. Həmin şəxslərin Rumıniya daxil olmaqla, bir neçə Avropa ölkəsindən deportasiyası planlaşdırılırdı.

Deportasiya prosesi Gürcüstanın imzaladığı "İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişə əsasən həyata keçirilir.

Xatırladaq ki, 2017-ci ilin mart ayından etibarən, Gürcüstan vətəndaşları Şengen zonası ölkələrinə qısamüddətli (180 gün ərzində 90 gün) vizasız səfər etmək hüququna malikdirlər. Gürcüstan hakimiyyəti vətəndaşları bu qaydalara əməl etməyə çağırıb və bildirib ki, pozuntular vizasız rejim üçün risk yarada bilər.

Bu məqsədlə ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün bir sıra tədbirlər görülüb, o cümlədən, qanunvericilik sərtləşdirilib və məsuliyyət mexanizmləri gücləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM