satellite   Azerspace-1: 11135 H 30000

Nikol Paşinyan: “Vətəndaş Müqaviləsi" ən vacib missiyasını yerinə yetirib - Azərbaycanla sülh bərqərar olub

Nikol Paşinyan: “Vətəndaş Müqaviləsi" ən vacib missiyasını yerinə yetirib - Azərbaycanla sülh bərqərar olub

“Vətəndaş Müqaviləsi" partiyası ən vacib missiyasını yerinə yetirib. Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və Ermənistan dinc inkişaf dövrünə qədəm qoyub.

NTV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda söyləyib.

Baş nazir özünün "Vətəndaş Müqaviləsi" partiyasının seçki platformasını elan edib.

Onun sözlərinə görə, xalqın dəstəyi ilə partiya ən vacib missiyanı yerinə yetirib.

Baş nazir deyib: "İyunun 7-də keçiriləcək seçkilərdə sizinlə birlikdə bir problemi həll etməliyik: yeni, kiçik, həssas və gündəlik qayğımıza ehtiyacı olan dünyanı müdafiə etməliyik".

Onun sözlərinə görə, "Vətəndaş Müqaviləsi" partiyasının seçki proqramının ideoloji əsasını "real Ermənistan" ideologiyası və ölkənin iqtisadi və institusional transformasiyası doktrinası təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM