satellite   Azerspace-1: 11135 H 30000

"Al-Jazeera": ABŞ Pakistana xüsusi avadanlıqlar göndərib

"Al-Jazeera": ABŞ Pakistana xüsusi avadanlıqlar göndərib

Təhlükəsiz rabitə avadanlığı, kortej üçün zirehli nəqliyyat vasitələri və əlavə texniki təchizatla yüklənmiş azı altı ABŞ hökumət təyyarəsi Pakistan Hərbi Hava Qüvvələrinin Ravalpindidəki "Nur Xan" aviabazasına eniş edib.

NTV "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, təyyarələr yükü boşaltdıqdan sonra bazanın ərazisini tərk ediblər.

Əməliyyat yüksəkvəzifəli ABŞ nümayəndə heyətinin gözlənilən gəlişi ərəfəsində həyata keçirilib.

Qeyd olunub ki, aerodrom İslamabad üçün VIP qonaqların əsas qəbul məntəqəsidir.

Telekanalın məlumatına görə, bu təyyarələrdən ikisi bu gün, daha dördü isə son 48 saat ərzində eniş edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM