satellite   Azerspace-1: 11135 H 30000

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

Vitse-prezident Cey. Di. Vens ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İranla danışıqlar aparmaq üçün Pakistana gedirlər. Onların yerli vaxtla bazar ertəsi gecəsi İslamabada çatacaqları gözlənilir.

 

NTV-nin məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi açıqlamada deyib. O, danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İranın yüksək vəzifəli liderləri ilə görüşməyə hazır olduğunu bildirib.

 

"Danışıqlar aparmalıyıq. Ona görə də hazırda heç kim oyun oynamır", - deyə ABŞ Prezidenti əlavə edib.

 

Trampın sözlərinə görə, danışıqların mərkəzində duran məsələ odur ki, İran nüvə silahı əldə etməkdən imtina etməlidir.

 

“Nüvə silahlarından qurtulun. Hər şey çox sadədir. Nüvə silahı olmayacaq”, - deyən ABŞ Prezidenti əlavə edib ki, İran razılığa gələrsə, inkişaf etmək potensialına malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM