Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hijudai təlim poliqonunda tank partlaması nəticəsində ilkin məlumata görə, azı iki hərbçi həlak olub.
NTV xəbər verir ki, bu barədə “Fuji” telekanalı məlumat yayıb.
Məlumata əsasən, iki hərbçinin öldüyü təsdiqlənib, digəri isə “ürək-ağciyər dayanması” vəziyyətindədir ki, bu da Yaponiyada klinik ölüm kimi qiymətləndirilir. Bundan əlavə, bir qadın hərbçi xəstəxanaya yerləşdirilib.
TBS telekanalının bildirdiyinə görə, hadisə atəş zamanı silahda mərminin partlaması nəticəsində baş verib.
