satellite   Azerspace-1: 11135 H 30000

ABŞ və Kuba adada iqtisadi islahatları müzakirə ediblər

ABŞ və Kuba adada iqtisadi islahatları müzakirə ediblər

ABŞ və Kuba nümayəndələri arasında aparılan danışıqlar zamanı Amerika tərəfi adada genişmiqyaslı iqtisadi islahatlar məsələsini qaldırıb.

NTV xəbər verir ki, bu barədə "NewsNation" jurnalisti Kelli Meyer ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, görüş zamanı rəqabət qabiliyyətini artırmaq, xarici investisiyaları cəlb etmək və özəl sektorun inkişafı imkanlarını genişləndirmək məqsədilə Kubanın iqtisadi və inzibati sahələrində ciddi islahatların aparılmasının zəruriliyi müzakirə edilib.

Bundan əlavə, Meyerin qeyd etdiyi kimi, ABŞ nümayəndələri Starlink peyk rabitə sisteminin Kubaya daxil olmasına icazə vermək təşəbbüsü ilə çıxış ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM