satellite   Azerspace-1: 11135 H 30000

Qlobal külək enerjisi quraşdırılma gücü rekord səviyyədə artıb

Qlobal külək enerjisi quraşdırılma gücü rekord səviyyədə artıb

Ötən il qlobal miqyasda külək enerjisi üzrə quraşdırma gücü rekord səviyyədə - 165 giqavat artaraq 1299 giqavata yüksəlib.

NTV xəbər verir ki, bu barədə Qlobal Külək Enerjisi Şurasının (GWEC) hesabatında deyilir.

Bildirilir ki, külək enerjisi böyük iqtisadiyyatlarda enerji keçidinin əsasını təşkil etməyə davam edir. Belə ki, Çin ötən il rekord səviyyədə - 120 giqavatlıq külək enerjisi qurğusu əlavə edərək ümumi külək enerjisi gücünü 640 giqavata çatdırıb. Hindistanın rekord səviyyədə - 6,3 giqavat güc əlavə etməsi dünyanın ən sürətlə böyüyən iqtisadiyyatında külək enerjisinin əhəmiyyətini daha da gücləndirib. Avropada isə Almaniya öz sisteminə (quruda və dənizdə daxil olmaqla) 5,7 giqavat külək gücü əlavə edib. Braziliya bu göztərici 2,3 giqavat əlavə edib.

Hesabatda vurğulanır ki, qlobal külək enerjisi sənayesi 2030-cu ilə qədər qlobal bərpaolunan enerji gücünü üçqat artırmaq hədəfinin müəyyənləşdirildiyi COP28-a uyğun olaraq lazımi artım tempini qorumağa sadiqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM