satellite   Azerspace-1: 11135 H 30000

Fransa sərt büdcə qənaətinə keçir

Fransa sərt büdcə qənaətinə keçir

Fransa hökuməti 2026-cı ildə büdcə kəsirinin ÜDM-in 5%-i səviyyəsinə çatdırılması məqsədilə təxminən 6 mlrd avro məbləğində xərcləri dondurmaq niyyətindədir.

NTV  fransız KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş naziri Sebastyan Lekornunun aprelin 21-də kabinet üzvlərinə göndərdiyi məktubda qeyd olunub.

Onun qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişənin nəticələri dövlət maliyyəsinə əhəmiyyətli təzyiq göstərib. Planlaşdırılır ki, təxminən 4 mlrd avro ixtisarlar mərkəzi hökumətin xərclərinə, daha 2 mlrd avro isə sosial təminat sisteminə aid olacaq.

Sənəddə vurğulanır ki, ABŞ və İsrailin hərbi əməliyyatının İrana qarşı nəticələri, eləcə də Hörmüz boğazının bağlanması Fransa iqtisadiyyatına birbaşa təsir göstərir. Bundan əlavə, hökumət müxalifətin büdcə ixtisarlarının xarici amillərdən asılı olmayaraq əvvəlcədən planlaşdırıldığına dair iddialarını təkzib edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM