satellite   Azerspace-1: 11135 H 30000

Berlində 17-ci Petersberq İqlim Dialoqu işə başlayıb

Berlində 17-ci Petersberq İqlim Dialoqu işə başlayıb

Almaniyanın paytaxtı Berlində 17-ci Petersberq İqlim Dialoqu işə başlayıb.

NTV xəbər verir ki, aprelin 22-dək davam edəcək tədbir COP31 konfransına ev sahibliyi edəcək Türkiyə və COP31 üzrə danışıqların rəhbərliyini üzərinə götürəcək Avstraliya ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirə 40-dan çox ölkədən 400 iştirakçı, o cümlədən nazirlər, vətəndaş cəmiyyətinin, elm, maliyyə və biznes sektorlarının yüksəksəviyyəli nümayəndələri qatılıblar.

Konfransın məqsədi 2026-cı il üzrə iqlim gündəliyinin prioritetlərini və COP31 çərçivəsində əsas məsələləri müzakirə etmək, erkən mərhələdə siyasi ittifaqlar və tərəfdaşlıqlar formalaşdırmaq, uğurlu transformasiya nümunələrini nümayiş etdirmək, eləcə də iddialı iqlim siyasətinin iqtisadi inkişafa və rəqabət qabiliyyətinə töhfəsini vurğulamaqdır.

Petersberq İqlim Dialoqunun aprelin 22-də keçiriləcək Yüksək Səviyyəli Seqmentində BMT-nin Baş katibinin videomüraciəti dinləniləcək, Almaniya Kansleri Fridrix Merts çıxış edəcək.

2010-cu ildən keçirilən Petersberq İqlim Dialoqu özünü iqlim diplomatiyası sahəsində əsas tədbir kimi təsdiqləyib. Builki tədbirdə əsasən iqlim siyasətinin təhlükəsiz enerji təchizatına töhfələri diqqət mərkəzində saxlanılacaq. Müzakirələr xüsusilə iqtisadiyyatın, nəqliyyatın və isitmə sistemlərinin elektrikləşdirilməsinə, eləcə də kömür, neft və qazı əvəz etmək üçün bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə yönələcək. Beynəlxalq iqlim maliyyələşməsi də tədbirin gündəliyində əsas yer tutur.

COP31 bu il noyabrın 9-20-də Türkiyənin Antalya şəhərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM