satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

NTV  Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21–23 aprel 2026-cı il tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.

Səfər zamanı dövlət başçısını Latviyanın xarici işlər naziri Bayba Braje müşayiət edəcək.

"Latviya və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaq. Bayba Braje iki tərəf arasında konsulluq məlumatları və təcrübə mübadiləsi sahəsində qarşılıqlı fəaliyyəti gücləndirəcək Latviya və Azərbaycan xarici işlər nazirlikləri arasında konsulluq məsələlərində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayacaq", - məlumatda bildirilib.

XİN-dən həmçinin bildirilib ki, Braje azərbaycanlı həmkarı Ceyhun Bayramovla ayrıca görüş keçirməyi planlaşdırır: "Nazirlər ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesi, Ukraynadakı vəziyyət və Yaxın Şərq daxil olmaqla regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə edəcəklər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM