Aprelin 28-də Gürcüstan Patriarxlığında Müqəddəs Sinodun iclası keçiriləcək.
NTV xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Patriarxlığının İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Bildirilib ki, iclasda patriarx postuna üç din xadimi namizəd seçiləcək.
Patriarx seçkisinin isə mayın 12-də keçiriləcəyi gözlənilir.
