satellite   Azerspace-1: 11135 H 30000

Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını atəşkəsin pozulması kimi qiymətləndirib

Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını atəşkəsin pozulması kimi qiymətləndirib

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İran limanlarını blokadada saxlamasını atəşkəsin pozulması adlandırıb.

 

NTV xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb: “İran limanlarının blokadası müharibə aktıdır və buna görə də atəşkəsin pozulması sayılır. Ticarət gəmisinə hücum etmək və heyət üzvlərini girov götürmək isə daha ciddi pozuntudur”.

 

Nazir əlavə edib ki, İran hakimiyyəti məhdudiyyətlərə necə müqavimət göstərməyi və milli maraqlarını necə qorumağı bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM