satellite   Azerspace-1: 11135 H 30000

FT: “SpaceX” “Cursor” startapını 60 milyard dollara almağı planlaşdırır

FT: “SpaceX” “Cursor” startapını 60 milyard dollara almağı planlaşdırır

“SpaceX” süni intellekt sahəsində mövqeyini gücləndirmək məqsədilə “Cursor” startapını təxminən 60 milyard dollara almağı planlaşdırır.

NTV xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Şirkətin daha əvvəl xAI-ni də portfelinə qatdığı bildirilir. Bildirildiyinə görə, tərəflər “proqramlaşdırma və bilik üçün qabaqcıl süni intellekt” yaratmaq üçün əməkdaşlıq edəcək.

Məlumata əsasən, İlon Mask “Cursor”un proqram mühəndisliyi sahəsindəki təcrübəsinin xAI tərəfindən hazırlanan modelləri daha da inkişaf etdirməyə kömək edəcəyini düşünür.

Qeyd olunur ki, “SpaceX”in gözlənilən IPO-su şirkətin dəyərini 1,75 trilyon dollardan yuxarı qaldıra və tarixdə ən iri səhm təkliflərindən birinə çevrilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM