satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var

Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə 2 nəfər həlak olub, 26 nəfər yaralanıb.

NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları vilayət mərkəzinə və regionun 22 yaşayış məntəqəsinə zərbələr endirib.

"Xarkov vilayətinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub, daha 20 nəfər yaralanıb", - o qeyd edib.

Öz növbəsində, Xerson Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Prokudin bildirib ki, Xerson vilayətində hücumlar nəticəsində bir nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM