satellite   Azerspace-1: 11135 H 30000

Dünya bazarının neftlə təchizatında yaranan problemlər qiymət artımının əsas amilidir

Dünya bazarının neftlə təchizatında yaranan problemlər qiymət artımının əsas amilidir

Yaxın Şərqdə vəziyyətin gərgin olması dünya enerji bazarına təsir göstərməkdə davam edir. Neft treyderləri İslamabadda keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqlarından “şad xəbər” gözləyirdilər. Lakin tərəflərin kəskin bəyanatları son anda aprelin 22-də nəzərdə tutulan danışıqların baş tutmayacağını müəyyən etdi və tərəflər arasında konsensusun olacağı şübhə altına düşdü.

NTV  xəbər verir ki, danışıqların ikinci dəfə təxirə salınması dünya bazarında neftin qiymətinin yenidən artmasına səbəb oldu.

Hörmüz boğazının hələ də bağlı qalması isə qiymət artımını şərtləndirdi. Dünən (aprelin 21) London birjasında 94,4 dollara satılan “Brent” markalı neftin 1 barelinin qiyməti aprelin 22-də artaraq 96,85 dollara satılmağa başlanıb. Ekspertlər mövcud vəziyyətdə neftin qiymətinin azalması tendensiyasının başa çatdığını bildirirlər.

“Bloomberg” yazır ki, qeyri-müəyyən vəziyyət davam etsə neftin qiyməti yenidən 100 dollar həddini keçərək 110 dollara satılacaq.

“City Grup” analitikləri hesab edir ki, Hörmüz boğazının blokadası bazarın tələbatında 1,7 milyard barel neft kəsiri yaradacaq və qiymətlər 130 dollara kimi arta bilər.

Hörmüz boğazını blokadada saxlayan ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına yan almaq istəyən 28 gəmini geri qaytarıblar.

“The New York Times” yazır ki, Vitse-prezident Cey. Di. Vensin İslamabada uçuşunun təxirə salınması vəziyyətin heç də rəvan olmadığını göstərir. ABŞ-nin maksimal tələbləri İran tərəfindən rədd edilir. Beləliklə, danışıqların baş tutmaması, ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi, Hörmüzün bağlı qalması və geosiyasi proseslərin qeyri-müəyyən olması dünya enerji bazarında yeni bahalaşma mərhələsinin başladığını deməyə əsas verir.

Enerji daşıyıcıların bahalaşmasından daha çox əziyyət çəkən Avropaya Rusiya tərəfindən əlavə zərbə endirildi. Rusiya “Drujba” neft kəməri ilə Qazaxıstan neftinin Avropaya ixracını dayandıracaq. Bu barədə Rusiya tərəfi Qazaxıstana xəbərdarlıq göndərib və bildirib ki, mayın 1-dən etibarən kəmərlə Qazaxıstan neftinin nəqli dayandırılacaq.

Ötən il bu kəmərlə Qazaxıstan dünya bazarına 2,146 milyon barel neft ixrac etmişdi. Dünya bazarının təchizatında yaranan problemlər qiymətlərin artmasına gətirib çıxaran əsas amildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM