satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyaya məxsus gəmilərin idarəetmə məntəqəsini vurub

Ukrayna Rusiyaya məxsus gəmilərin idarəetmə məntəqəsini vurub

Ukrayna Müdafiə Qüvvələri aprelin 21-də və 22-nə keçən gecə Rusiya qoşunlarının bir sıra mühüm obyektlərinə, o cümlədən müvəqqəti ilhaq edilmiş Sevastopolda Rusiya Qara Dəniz Donanmasının gəmilərinin hərəkətini idarəetmə məntəqəsinə zərbələr endirib.

NTV  xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.

Hərbi qurumun məlumatına görə, hücum nəticəsində Qara Dəniz Donanmasının hərbi gəmilərinin hərəkətini idarə edən "Streletskiy" məntəqəsi vurulub.

Həmçinin Rusiyanın Kursk vilayətinin Korovyakovka və Tyotkino yaşayış məntəqələri ərazilərindəki pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə və Ukraynanın Xarkov vilayətinin Dobrolyubovka ərazisindəki "Molniya" PUA idarəetmə məntəqəsinə zərbələr endirilib.

Bundan başqa, Ukrayna Rusiyanın Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi ərazisindəki Rusiya bölməsinin idarəetmə məntəqəsini vurub.

Həmçinin Ukraynanın Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Uyutnoye və Rusiyanın Belqorod vilayətindəki Vısokoye yaxınlığında yerləşən Rusiya qoşunlarının komanda-müşahidə məntəqələrinə zərbələrin endirildiyi də bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM