İtaliya Avropa İttifaqında (Aİ) Fransadan sonra 3 trilyon avrodan çox dövlət borcu olan ikinci ölkədir.
NTV xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin (Avrostat) məlumatında bildirilir. Məlumata görə, İtaliyanın dövlət borcu 2025-ci ildə 100 milyard avrodan çox artaraq 3,095 trilyon avroya çatıb. Fransada bu rəqəm 3,5 trilyon avronu keçib. Almaniyanın borcu 2025-ci ildə təxminən 150 milyard avro artaraq 2,8 trilyon avrodan çox olub.
Bütün Aİ ölkələri üzrə dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildəki 80,7%-dən 2025-ci ildə 81,7%-ə yüksəlib. İtaliyada bu rəqəm 137,1% təşkil edib ki, bu da yalnız Yunanıstanda (146,1%) daha yüksəkdir. Sonrakı yerləri Fransa (115,5%), Belçika (107,9%) və İspaniya (100,7%) tutur
