satellite   Azerspace-1: 11135 H 30000

“Drujba” kəməri ilə Slovakiyaya neft tədarükük bərpa olunub

“Drujba” kəməri ilə Slovakiyaya neft tədarükük bərpa olunub

Üç aylıq fasilədən sonra “Drujba” kəməri ilə Slovakiyaya neft tədarükük bərpa olunub.

NTV xəbər verir ki, CTK agentliyi bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovaya istinadla məlumat yayıb.

Məlumata görə, xam neft ölkəyə cümə axşamı yerli vaxtla saat 02:00-dan etibarən daxil olmağa başlayıb.

Xatırladaq ki, Ukrayna yanvarın 27-də “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft nəqlini dayandırıb. Nəticədə Slovakiyanın Baş naziri Robert Fitso boru kəməri bərpa olunanadək Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM