ABŞ mediası iddia edir ki, Hörmüz boğazındakı minaların təmizlənməsi 6 ay çəkə bilər, həmçinin bu prosesin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin bitməsindən əvvəl baş verməsi ehtimalı azdır.
NTV xəbər verir ki, “The Washington Post” qəzetinin adı açıqlanmayan üç məmura istinadla verdiyi məlumata görə, Pentaqonun yüksəkvəzifəli rəsmisi Nümayəndələr Palatasının silahlı qüvvələr Komitəsinin üzvlərinə məxfi təqdimatında Hörmüz boğazında minaların təmizlənməsi üçün təxmini vaxt cədvəlini paylaşıb.
Rəsmilər Hörmüz boğazında minatəmizləmə əməliyyatlarının altı ay çəkə biləcəyini və bu fəaliyyətlərin ABŞ və İsrailin İranla müharibəsinin bitməsindən əvvəl başlaması ehtimalının az olduğunu bildiriblər. Onlar əlavə ediblər ki, vaxt cədvəli həm Demokratlar, həm də Respublikaçılar tərəfindən məyusluqla qarşılanıb.
ABŞ rəsmiləri iddia ediblər ki, Konqres üzvlərinə İranın Hörmüz boğazı ətrafında 20 və ya daha çox mina yerləşdirə biləcəyi barədə məlumat verilib və bəzi minalar GPS texnologiyasından istifadə edərək uzaqdan yerləşdirilib ki, bu da ABŞ qüvvələrinin onları aşkarlamasını çətinləşdirir.
Bu arada, Pentaqon “Washington Post” qəzetinin minatəmizləmə əməliyyatlarının nə qədər davam edə biləcəyi ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.
