satellite   Azerspace-1: 11135 H 30000

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

İndoneziya xüsusi qiymətə 150 milyon barel Rusiya neftinin tədarükü barədə bu ölkə ilə razılığa gəlib.

NTV  xəbər verir ki, bu barədə Cakartanın energetika və ətraf mühit üzrə xüsusi elçisi Haşim Cocohadikusumoya istinadən İndoneziyanın həftəlik "Tempo" nəşri yazır.

Onun sözlərinə görə, saziş İndoneziyaya potensial iqtisadi sarsıntılar halında nefti ölkə daxilində bufer kimi saxlamağa imkan verəcək.

"İndoneziya Rusiya hökumətindən iqtisadi tərəddüdləri gözləyərkən saxlaya biləcəyimiz 150 milyon barel neftin verilməsi barədə öhdəlik alıb", - Cocohadikusumo bildirib.

Onun sözlərinə görə, belə bir razılıq İndoneziya prezidentinin aprelin 13-də Rusiya Federasiyasına səfəri zamanı əldə olunub.

Cocohadikusumo əlavə edib ki, Rusiya endirimli qiymətlə 100 milyon barel nefti operativ şəkildə tədarük etməyə razılaşıb. Əgər İndoneziyaya əlavə həcmlər lazım olarsa, o zaman Moskva daha 50 milyon barel təqdim etməyi öhdəsinə götürüb.

Daha əvvəl energetika və mineral ehtiyatlar naziri Bahlil Lahadaliya İndoneziyanın artıq 2026-cı ilin aprelində Rusiyadan neft idxalını almağa başlamağı planlaşdırdığını bildirmişdi.

İndoneziyanın Rusiyadan təcili neft alması zərurəti Hörmüz boğazı ətrafındakı böhranla əlaqədar yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM