satellite   Azerspace-1: 11135 H 30000

“Lufthansa” əl yükü ilə bağlı qaydaları sərtləşdirir

“Lufthansa” əl yükü ilə bağlı qaydaları sərtləşdirir

Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa” yeni tarif siyasəti çərçivəsində əl yükü ilə bağlı qaydaları sərtləşdirir.

NTV xəbər verir ki, şirkətin məlumatında qısa və orta məsafəli uçuşlar üçün yeni tarif strukturunun tətbiq ediləcəyi bildirilib.

Belə ki, yeni “Economy Basic” tarifində sərnişinlər əl yükü kimi kiçik çamadanları artıq kabində pulsuz daşıya bilməyəcəklər. Ən ucuz tariflə bilet alan sərnişinlərə yalnız ölçüsü 40x30x15 santimetrdən çox olmayan bir şəxsi əşyanın (noutbuk çantası və ya kiçik bel çantası) salona ödənişsiz keçirilməsinə icazə veriləcək. Əlavə əl yükü və ya baqaj üçün sərnişinlər 15 avrodan başlayan qiymətlərlə ödəniş etməli olacaqlar.

Aviaşirkət bu addımı sərnişinlərin dəyişən tələbatları və fərdi ehtiyaclara uyğun seçim imkanı ilə əsaslandırsa da, bu, son vaxtlar artan kerosin qiymətləri və şirkət daxilindəki tətillər nəticəsində yaranan maliyyə itkilərini kompensasiya etmək cəhdi kimi qiymətləndirilir.

Aprelin 28-dən etibarən satışa çıxarılacaq yeni tarifli biletlər mayın 19-dan reallaşacaq uçuşlara şamil ediləcək. Bununla da “Lufthansa” xidmət səviyyəsini aşağıbüdcəli şirkətlərin standartlarına yaxınlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM