satellite   Azerspace-1: 11135 H 30000

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var - FOTOLAR

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var<font color=red> - FOTOLAR</font> Odessaya dron hücumu olub, ölənlər və yaralılar var<font color=red> - FOTOLAR</font> Odessaya dron hücumu olub, ölənlər və yaralılar var<font color=red> - FOTOLAR</font> Odessaya dron hücumu olub, ölənlər və yaralılar var<font color=red> - FOTOLAR</font>

Aprelin 24-nə keçən gecə Rusiya Odessa şəhərinə dron hücumu edib, ölənlər və xəsarət alanlar var.

NTV xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, dron zərbələri nəticəsində

yaşayış binaları və mülki infrastruktur zərər görüb.

Üçmərtəbəli yaşayış binasında mənzillər dağılıb və yanğın baş verib. Yeddi nəfər yaralanıb. İkisi uşaq olmaqla 20 nəfər təxliyə edilib.

Rusiyanın PUA-sı Odessada daha bir ikimərtəbəli binaya zərbə endirib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Binanın on altı sakini təxliyə edilib.

Dövlət Təcili Yardım Xidmətinin psixoloqları gecə boyu faciə yerində işləyərək ağır stress vəziyyətində olan 50-dən çox sakinə kömək göstəriblər.

Rus hücumu nəticəsində ümumilikdə iki nəfər həlak olub, 14 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM