satellite   Azerspace-1: 11135 H 30000

İndoneziya Hörmüzdəki missiyaya hərbçi göndərməkdən imtina edib

İndoneziya Hörmüzdəki missiyaya hərbçi göndərməkdən imtina edib

İndoneziya hakimiyyəti Hörmüz boğazında gəmiçiliyin qorunması ilə bağlı Britaniya və Fransa missiyasında iştirakdan imtina edib və ora qoşun göndərməyəcək.

NTV xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti İndoneziyanın xarici işlər nazirinə istinadla məlumat yayıb."Biz missiyada iştirak etməməliyik. Bu, bizim neytral mövqeyimizi pozacaq”, - deyə nazir bildirib.

Qəzetin məlumatına görə, Hörmüz boğazında hələ də iki İndoneziya tankeri bloklanmış vəziyyətdə qalıb.

Bundan öncə 49 ölkənin iştirak etdiyi sammitdən sonra Böyük Britaniya və Fransanın Hörmüz boğazında naviqasiya sərbəstliyini qorumaq üçün çoxmillətli missiyaya rəhbərlik edəcəyi açıqlanmışdı.

London və Paris nümayəndələrinin sözlərinə görə, artıq bir neçə ölkə, o cümlədən Ukrayna və Almaniya missiyada iştirak etmək üçün kontingent göndərmək istəyini bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM