satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna İsrailə etiraz notası təqdim edib

Ukrayna İsrailə etiraz notası təqdim edib

İsrailin Ukraynadakı səfiri Mixail Brodski bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

NTV xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ona Ukraynanın işğal olunmuş ərazilərindən taxıl tədarükünə görə etiraz notası təqdim edilib.

Məlumata görə, demarşın səbəbi Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən Rusiya tərəfindən qanunsuz olaraq çıxarılan kənd təsərrüfatı məhsullarının İsrailə tədarükünün davam etməsi olub.

"İsrail tərəfinin Ukraynanın rəsmi müraciətlərinə və beynəlxalq hüquqi yardım haqqında sorğularına, o cümlədən gəmilərin və yüklərin saxlanılması ilə bağlı xahişlərə məhəl qoymaması, faktiki olaraq, oğurlanmış Ukrayna taxılının qanuniləşdirilməsi üçün şərait yaradır", - XİN-dən qeyd edilib.

Nazirlikdən hesab edilib ki, söhbət ayrı-ayrı insidentlərdən deyil, "qanunsuz iqtisadi fəaliyyətə şüurlu şəkildə kömək göstərilməsi əlamətlərinə malik olan" sistemli təcrübədən gedir.

Ukrayna tərəfi İsraildən oğurlanmış taxılın idxalının dayandırılması və onun İsrail limanlarında boşaldılmasının qarşısının alınması üçün təxirəsalınmadan tədbirlər görməyi tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM