satellite   Azerspace-1: 11135 H 30000

Fransaya məxsus təyyarədaşıyan gəminin freqatında izləyici cihazın aşkarlanması rezonans doğurub

Fransaya məxsus təyyarədaşıyan gəminin freqatında izləyici cihazın aşkarlanması rezonans doğurub

Fransanın təyyarədaşıyan gəmisi olan “Charles-de-Gaulle”nu müşayiət edən freqatlara göndərilmiş açıqcaya yerləşdirilmiş izləmə cihazının aşkarlanmasından sonra bu ölkənin Baş Qərargahı vəziyyəti aydınlaşdırmaq məcburiyyətində qalıb.

NTV  xəbər verir ki, bundan sonra Fransa Hava-Dəniz Qüvvələrinin təhlükədə olmadığı və ya böhran vəziyyətinə düşmədiyi açıqlanıb.

Hadisə Niderlandın Müdafiə Nazirliyinin də reaksiyasına səbəb olub. Nazirliyin nümayəndəsi bildirib ki, bu insidentdən sonra donanma tərəfindən bir sıra düzəlişlər edilib. Nəticədə “Evertsen” freqatına batareyalı təbrik kartları göndərmək qadağan olunub. Həmçinin hərbi poçtun təhlükəsizliyi ilə bağlı göstərişlər yenidən nəzərdən keçirilib, lakin poçt tamamilə dayandırılmayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM