satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda 307 kiloqram narkotik maddə ələ keçirilib

İstanbulda 307 kiloqram narkotik maddə ələ keçirilib

Türkiyənin İstanbul şəhərində 307 kiloqram narkotik maddə ələ keçirilib.

NTV xəbər verir ki, bu barədə İstanbulun Polis İdarəsi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Son iki həftə ərzində milli və beynəlxalq səviyyədə narkotik maddə ticarəti ilə məşğul olan şübhəlilərə qarşı keçirilən əməliyyatlarda 307 kiloqram narkotik maddə, 3 milyon 700 min ədəd narkotik həb ələ keçirilib", - məlumatda bildirilib və əlavə edilib ki, 89 şübhəli şəxs həbs olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM