satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər

ABŞ Almaniyadakı hərbçilərinin sayını azalda bilər

ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda Almaniya Kansleri Fridrix Merts ilə gərginliyin artdığı bir vaxtda, administrasiyasının Almaniyadakı Birləşmiş Ştatların hərbçilərinin sayının azaldılması imkanlarını nəzərdən keçirdiyini bildirib.

NTV "Əl Cəzirə"yə istinadən xəbər verir ki, ABŞ lideri qısa zaman ərzində müvafiq qərar veriləcəyini vurğulayıb.

Tramp Almaniyanı və digər NATO müttəfiqlərini ABŞ-İsrailin İrana qarşı olan müharibəsində kifayət qədər dəstək vermədiklərinə, o cümlədən Hörmüz boğazının yenidən açılmasına kömək üçün öz hərbi dəniz donanmalarını göndərmədiklərinə görə dəfələrlə tənqid edib.

Qeyd edək ki, ABŞ əsgərlərinin yerləşdiyi ən böyük xarici baza məhz Almaniyadadır. Bu ölkədə hazırda 33 min 900 ABŞ hərbçi var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM