satellite   Azerspace-1: 11135 H 30000

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

“Apple” yeni “Ultra” seriyasının bahalı cihazlarını ictimaiyyətə təqdim edəcək.

NTV xəbər verir ki, “MacRumors” nəşri “Apple”nin insayder hesabatlarını təhlil edərək şirkətin smartfonlar, noutbuklar və digər cihazlar da daxil olmaqla bir sıra qabaqcıl və bahalı cihazlarını ictimaiyyətə təqdim edəcəyini yazıb. Məlumata görə, premium seriyanın flaqman məhsulu sentyabr ayında satışa çıxarılması planlaşdırılan qatlanan “iPhone Ultra” smartfonu olacaq. İkinci cihaz isə OLED sensor ekrana malik “MacBook Ultra” noutbukudur.

“Apple” şirkətinin artıq “Ultra” seriyalı bir neçə cihazı var. Bunlara “Ultra M” seriyalı prosessorlar, “Apple Watch Ultra” ağıllı saatı və “CarPlay Ultra” media sistemi daxildir.

Qeyd edək ki, aprelin sonlarında “Bloomberg” agentliyi “Apple” şirkətinin ən qabaqcıl və ən bahalı “MacBook Ultra” kompüterini təqdim edəcəyini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM