İsrail Livanın cənubuna hücum edib, nəticədə ən azı doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.
NTV xəbər verir ki, bu barədə Livanın NNA milli informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Cebçit şəhərinə hücum nəticəsində yaşayış evi dağılıb, üç nəfər ölüb, yeddi nəfər yaralanıb.
Tul şəhərində dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Həmçinin yaşayış evi zədələnib. Bundan başqa, Haruf şəhərində iki nəfər ölüb, hücum nəticəsində yaşayış evi dağıdılıb.
