satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Sülh hər bir ölkənin birləşməsi və inkişafı üçün əsasdır

İrakli Kobaxidze: Sülh hər bir ölkənin birləşməsi və inkişafı üçün əsasdır

Bu gün dünya, o cümlədən Cənubi Qafqaz regionu bir sıra çətin sınaqlarla üzləşib. Belə bir vaxtda Gürcüstan hökuməti ardıcıl sülh siyasətini davam etdirir. Sülh hər bir ölkənin birləşməsi və inkişafı üçün əsasdır.

NTV xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vazianidə Gürcüstan Müdafiə Qüvvələrinin yaradılmasının 35-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

Hökumət başçısının sözlərinə görə, hazırda ölkənin müdafiə qüvvələri institusional cəhətdən əvvəlkindən daha güclüdür.

"Gürcüstan ordusu həmişə torpaqlarımızı və sularımızı, xalqımızın təhlükəsizliyini qorumağa hazırdır", - deyə Kobaxidze vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM