“Volkswagen AG” konserninin xalis mənfəəti cari ilin yanvar–mart aylarında 28,4 faiz azalaraq 1,56 milyard avroya enib. Halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 2,19 milyard avro idi.
NTV xəbər verir ki, bu barədə məlumat konsernin hesabatında öz əksini tapıb. Məlumata görə, eyni dövr ərzində konsernin dövriyyəsi 2,5 faiz azalaraq 75,7 milyard avro təşkil edib. Cin və ABŞ bazarlarında durğunluq isə tədarüklərin 4 faiz azalaraq 2,05 milyon avtomobilə enməsi ilə nəticələnib. “Porsche AG” və “Traton SE” törəmə şirkətlərinin zəif göstəriciləri də konsernin mənfəətinə təsir edib.
Şirkətin rəhbəri Oliver Blume geosiyasi gərginliyin, ticarət maneələrinin və güclü rəqabətin konsernin fəaliyyətinə mane olduğunu bildirib.
