Ukrayna Silahlı Qüvvələri Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda bir neçə Su-57 qırıcısının və Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulduğunu bəyan edib.
NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da məlumat verib.
Məlumatda qeyd olunur ki, aviasiyanın vurulması Rusiyanın Ukrayna ərazisindəki mülki obyektlərə zərbə endirmə imkanlarının azaldılması tədbirlərinin bir hissəsidir.
"2026-cı il aprelin 25-də Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin döyüşçüləri tərəfindən bir neçə Su-57 qırıcısı və Su-34 qırıcı-bombardmançı təyyarəsi vurulub", - bəyanatda deyilir.
Zərərin miqyası hazırda dəqiqləşdirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında həmçinin qeyd ediblər ki, hədəflər dövlət sərhədindən təxminən 1700 km məsafədə yerləşirdi.
