satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edilib

Qazaxıstanda süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edilib

Qazaxıstanda süni intellekt layihələrinə investisiya qoymaq üçün yeni “Fondlar Fondu”na 95 milyon dollar cəlb olunub. Vəsaitin 60 faizdən çoxu Qazaxıstan işgüzar dairələrinin payına düşüb.

NTV Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu barədə “GITEX AI Kazakhstan 2026” beynəlxalq texnologiya forumunda elan edilib. “Fondlar Fondu” Alem Capital Management platforması tərəfindən idarə olunur.

Baş nazirin müavini və süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, “Fondlar Fondu” ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı üçün 2024-cü ilin sonlarında yaradılıb.

“Fondlar Fondunun” ortamüddətli məqsədi kapitalını 1 milyard dollara çatdırmaqdır ki, bu da Qazaxıstan sahibkarlarına qlobal vençur kapitalı liderləri “Andreessen Horowitz” və “Lightspeed”in ekspertizasına birbaşa çıxış imkanı verəcək. Hazırda regionda vençur kapitalı sövdələşmələrinin 60 faizdən çoxu Qazaxıstanın payına düşür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM