satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Vitse-prezidenti İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Ankaranı təmsil edəcək

Türkiyənin Vitse-prezidenti İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Ankaranı təmsil edəcək

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında Ankaranı təmsil edəcək.

NTV xəbər verir ki, Yılmazın Ermənistana səfərinə dair məlumatı “Anadolu” Agentliyi yaymışdı.

Türkiyənin Vitse-prezidentinin İrəvana səfəri Ermənistana ilk belə səviyyəli səfər olacaq.

C.Yılmaz bir qədər öncə jurnalistlərlə söhbətində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrini alqışlayaraq bildirib ki, “Bakı ilə İrəvan arasındakı dialoq Cənubi Qafqazda davamlı sülh və sabitliyə yeni yollar açır və regionun iqtisadi çiçəklənməsinə töhfə verir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM