satellite   Azerspace-1: 11135 H 30000

“France 24”: Atlantik okeanında kruiz gəmisində hantavirusdan bir neçə nəfər ölüb

“France 24”: Atlantik okeanında kruiz gəmisində hantavirusdan bir neçə nəfər ölüb

Atlantik okeanında kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə “France 24” telekanalı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla bildirib.

ÜST-nin məlumatına görə, yoluxma hallarından biri laboratoriyada təsdiqlənib, daha beş nəfər isə şübhəli hal kimi qiymətləndirilir. Cənubi Afrikada ümumilikdə altı nəfərin yoluxduğu qeyd olunur. Onlardan üçü həyatını itirib, biri isə reanimasiyadadır.

Bildirilib ki, epidemiya Argentinadan Kabo-Verdeyə gedən “MV Hondius” kruiz gəmisində baş verib.

Məqalədə vurğulanır ki, hantavirus adətən gəmiricilərdən insanlara keçir və ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Xatırladaq ki, daha əvvəl Banqladeşdə bir qadın ölümcül Nipah virusuna yoluxduqdan bir həftə sonra vəfat etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM