Qazaxıstanda autizm diaqnozu qoyulan uşaqların sayı son üç ildə 7 min 600-dən 13 min 900-ə yüksəlib.
NTV xəbər verir ki, bu barədə ölkənin Kazinform informasiya agentliyi məlumat yayıb. Autizm hallarının artmasının səbəbi kimi xəstəliyin daha erkən mərhələdə aşkar olunması və diaqnostika imkanlarının genişlənməsi göstərilir.
Baş nazir Oljas Bektenov qeyd edib ki, ölkədə erkən müdaxilə sistemi genişləndirilib və 2025–2027-ci illər üçün autizmli uşaqlara dəstəyin gücləndirilməsini nəzərdə tutan yol xəritəsi təsdiqlənib.
