satellite   Azerspace-1: 11135 H 30000

Litvada irimiqyaslı hərbi təlim: 300-dən çox texnika cəlb olunub

Litvada irimiqyaslı hərbi təlim: 300-dən çox texnika cəlb olunub

Gelezinis Vilkas piyada briqadasının təşkil etdiyi taktiki səhra təlimləri Litvanın şərqində Qayjyunay poliqonunda, eləcə də Kaunas, Kayşyadoris, Elektrenai və Yonava şəhərləri yaxınlığında keçiriləcək.

NTV xəbər verir ki, Litva Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə litvalı hərbçilərlə yanaşı, Almaniyanın rəhbərlik etdiyi NATO Ön Qüvvələri Taborunun döyüş qrupunun polşalı və britaniyalı əsgərləri də qatılacaq. İştirakçıların ümumi sayı 2500-ü keçəcək. Manevrlərdə Litva Hərbi Hava Qüvvələrinin helikopterləri də daxil olmaqla 300-dən çox hərbi texnika iştirak edəcək.

Təlim zamanı hərbçilər Litva müdafiə sənayesinin ən son nailiyyətlərini, xüsusilə də pilotsuz uçuş aparatlarını və müasir dron əleyhinə sistemləri sınaqdan keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM