satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib

Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib

Qazaxıstanda nağdsız ödənişlərin payı 80 faizi keçib. Rəqəmsal tenqenin geniş istifadəsi büdcə xərcləri hədəflərinin şəffaflığını təmin edir və əməliyyat məsrəflərini azaldır.

NTV  “Akorda”ya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Süni İntellekt İnkişaf Şurasının ikinci iclasında verib.

Dövlət başçısının sözlərinə görə, 2025-ci ilə qədər ölkədə rəqəmsal maliyyə aktivlərini və kriptovalyutaları tənzimləyən milli hüquqi çərçivə yaradılacaq. Bu, daşınmaz əmlakın, qızılın, iri sənaye müəssisələrində səhmlərin və digər real aktivlərin tokenləşdirilməsi üçün imkanlar açacaq.

Kasım-Jomart Tokayev əlavə edib ki, hökumət və Milli Bank Qazaxıstanı kriptohaba çevirmək üçün rəqəmsal aktivlərin inkişaf strategiyalarını əlaqələndirməlidir. O, bunu müstəsna əhəmiyyət kəsb edən bir vəzifə adlandırıb və zamanın vacib olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM