satellite   Azerspace-1: 11135 H 30000

Rusiya atəşkəs elan edib

Rusiya atəşkəs elan edib

Rusiya Müdafiə Nazirliyi İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümünün qeyd edilməsi münasibətilə 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu bildirib.

NTV xəbər verir ki, Rusiya Silahlı Qüvvələri bayram tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyini bəyan edib.

Rusiya tərəfi Ukraynanın da qeyd olunan müddət ərzində hərbi əməliyyatlardan çəkinəcəyinə ümid bəslədiyini vurğulayıb, bayramın qeyd edilməsinə mane olmaq üçün hər hansı cəhd göstərilərsə, Kiyevin mərkəzinə cavab zərbəsi endiriləcəyini bildirib.

Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını paytaxtı vaxtında tərk etməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM